» » » SOCAR: Axtarışlar gecə də davam etdiriləcək

SOCAR: Axtarışlar gecə də davam etdiriləcək

SOCAR: Axtarışlar gecə də davam etdiriləcək

“Dağılan, sınan qayığın qalıqları tapılıb”.

“Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar neftçilərin axtarışları davam etdirilir. Təəssüf ki, hələ yeni xəbər yoxdur. 

ucarliyiq.biz-ın Report-a istinadən xəbərinə görə, bunu “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar keçirilən növbəti mətbuat konfransında SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib. X.Məmmədov axtarış zamanı ancaq itkin düşənlərin gödəkçələrinin tapıldığını bildirib:

“Dağılan, sınan qayığın qalıqları tapılıb. Yanğın qaz quyusunda davam edir, yanğının söndürülməsi üçün tədbirlər görülür”. ”Hava qaraldığı üçün axtarışlar ancaq gəmilər vasitəsi ilə aparılacaq. Çünki, helikopterlərin gecə axtarış aparması həm təhlükəli, həm də effektsizdir”, - o, əlavə edib.