» » » Xoşbəxt Yusifzadə: Həyat belədir, gəlir, kimisə aparır, sonra sakitləşir - VİDEO

Xoşbəxt Yusifzadə: Həyat belədir, gəlir, kimisə aparır, sonra sakitləşir - VİDEO

Xoşbəxt Yusifzadə: Həyat belədir, gəlir, kimisə aparır, sonra sakitləşir - VİDEO

SOCAR-ın vitse-prezidenti Mirşahinə müsahibə verib.

27 saat külək oldu. Belə uzun müddət küləyin əsdiyi üçün dalğaların hündürlüyü qalmışdır - 8-10 metr. Biz indi nəticə çıxarmalıyıq. Gələcəkdə təzə platformaların layihələri hazırlananda beləş detalları da fikirləşməliyik.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri ANS-in aparıcısı Mirşahin Ağayevə müsahibəsində SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

O bildirib ki, xilasedici qayıqlarıda da dəyişiklik edilməlidir. 

“Platformada ümumilikdə 63 nəfər insan olub. İşçilərin sayının çox olmasının səbəbi bizim platformada əlavə dörd quyu qazmaq istəyimizdir. Bu səbəbdən həmin güm orada tikinti işçiləri və qazmaçılar da var idi.

Bu platforma bütün küləklərə, fırtınalar a hesablanıb. Hadisə platformanın özündə baş verməyib. Dalğalar dənizin dibi ilə gələn qaz xəttini sındırmışdı. Nə o küləyin, nə o dalğaların platformaya ziyanı yoxdur.

Platforma bundan sonra da fəaliyyətini davam etdirəcək.

İkin düşən, həlak olan və xəsarət alanların ailələrinə mütləq yarım olunacaq. Başq cür ola  da bilməz”, - Xoşbəxt Yusifzadə deyib.

ucarliyiq.biz həmin müsahibəni təqdim edir.