» » » SOCAR: Qərargah sabah yanğın baş verən 10-cu özülə köçürüləcək

SOCAR: Qərargah sabah yanğın baş verən 10-cu özülə köçürüləcək

SOCAR: Qərargah sabah yanğın baş verən 10-cu özülə köçürüləcək

“SOCAR prezidentinin əmri ilə”.

"Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülünə generator vasitəsi ilə elektrik enerjisi verilir. 

ucarliyiq.biz "Report"-a istinadən xəbər verir ki, bunu keçirdiyi birfinqdə  SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rəis müavini Balamirzə Rəhimov bildirib.

O deyib ki, hazırda SOCAR prezidentinin iştirakı ilə axtarış-xilasetmə işləri ilə bağlı fəaliyyət göstərən qərargah 5-ci özüldədir. Sabah isə qərargah qəza baş verən 10-cu özülə köçürüləcək. 

"SOCAR prezidentinin əmri ilə sabah qərargah gəminin üzərindən birbaşa yanğın olan platformanın üzərinə köçürüləcək".

Qeyd edək ki, SOCAR nümayəndələri növbəti mətbuat konfransını sabah saat 11.00-da keçirəcək.