» » » Operativ qərargah: “Günəşli”də yanğın davam edir

Operativ qərargah: “Günəşli”də yanğın davam edir

Operativ qərargah: “Günəşli”də yanğın davam edir

İtkin düşmüş dənizçilərdən heç biri tapılmayıb.

“Günəşli” istiqamətində bütün gecəni 7 ədəd gəmi, o cümlədən “Vixr” gəmisi 10 saylı platformanın söndürülməsi istiqamətində işləri davam etdiriblər. Yanğın hələ də davam edir.

ucarliyiq.biz xəbər verir ki, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, səhər saatlarından FHN-nin helikopterləri axtarışları başlayıblar.

“Hazırda FHN rəhbərliyi, sərhəd qoşunlarının komandanı və Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi şirkət rəhbərliyi ilə birgə platformanın söndürülməsi, yaranmış vəziyyətin həlli istiqamətində müşavirə keçirirlər.

Hazırda hava şəraiti bizə həm gəmilər həm də helikopterlərlə işləri davam etdirməyə imkan verir. Təəssüflər olsun ki, hələlik itkin düşən dənizçilərdən heç biri tapılmayıb. Bir neçə saat əvvəl bizə Buzovna istiqamətində jilet tapıldığı barədə məlumat daxil oldu. Biz ora öz adamlarımızı göndərdik və məlum oldu ki, həmin jiletlər balıqçılara aiddir”, - deyə, o, bildirib.