» » » Azərbaycanlı alim CONSEDOC-un fəxri üzvü oldu – FOTO

Azərbaycanlı alim CONSEDOC-un fəxri üzvü oldu – FOTO

Azərbaycanlı alim CONSEDOC-un fəxri üzvü oldu – FOTO

O, “Rusiya iqtisad elminin inkişafındakı yüksək töhfələrinə görə” mükafatı ilə təltif edilib.

Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov CONSEDOC-a (European Council of Doctorate degree holders/Consrjo Superior Europeo de doctores y doctores honoris causa, CONSEDOC) fəxri üzv seçilib, ucarliyiq.biz Fineko/abc.az-a istinadən xəbər verir.

“Fəxri üzv diplomu mənə Xose Daniel Abrkero Kabrero ilə birgə yazılmış “İqtisadiyyat və cəmiyyət” monoqrafiyasının təqdimat mərasimində təqdim edildi.

Fəxri üzvlərinin sırasında 5 Nobel laureatı olan CONSEDOC mənim riyazi modelləşdirmə və iqtisadiyyat təhlili sahəsində nailiyyətlərimi qeyd edib”,- professor Qorxmaz İmanov bildirib.

“İqtisadiyyat və cəmiyyət” monoqrafiyası ESERP biznes-məktəbi tərəfindən 2015-ci ildə nəşr edilib.

“Hal-hazırda onun Meksikada nəşri hazırlanır”, - professor İmanov qeyd edib.

Monoqrafiyada ilk altı məqalə Q.İmanova məxsusdur, bu məqalələrdə cəmiyyətin modeli, sosial modellər və sosial mobillik tədqiq edilir.

Elmi əsərin əsasında professor İmanovun elmi tədqiqatlarının predmeti olan qeyri-standart riyaziyyat (qeyri-dəqiq məntiq) əsasında sosial-iqtisadi modelləşdirmə durur. Bu yanaşmanın tətbiqi göstəricilərinin 85%-nin ölçülməsi mümkün olmayan, sosial sistemlərin keyfiyyətini səmərəli qiymətləndirməyə imkan verir.

Professor Q.İmanov həmçinin 2015-ci ildə “Rusiya iqtisad elminin inkişafındakı yüksək töhfələrinə görə” mükafatı ilə təltif edilib. 

N.P.Fedorenko adına Beynəlxalq İqtisadi İslahatlar Elmi Fondu professor Q.İmanovun öz elmi fəaliyyətində əldə etdiyi nəticələri qeyd edib.

Professorun Fineko/abc.az-a bildirdiyinə görə, noyabrın 26-da Fondun rəhbərliyi onun “Rusiya iqtisadiyyat elminin inkişafında göstərdiyi səylərə görə” 2015-ci il mükafatı ilə təltif edilməsi barədə qərar qəbul edib.

“Mükafatın təqdim edilməsi dekabrın 10-na təyin edilib, bu qərar mənim üçün Rusiya elmi məktəbinin yetirməsi kimi çox xoşdur”, - professor İmanov deyib.

1999-cu ilə qədər o, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda çalışıb. Hal-hazırda qeyri-standart riyaziyyat (qeyri-dəqiq məntiq) əsasında sosial-iqtisadi modelləşdirmə professor İmanovun elmi tədqiqatlarının predmetidir.

Qeyd edək ki, professor Q.İmanov 2011-ci ildə bu sahədə uzun illər ərzində tədqiqatlara görə İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının qızıl medalı ilə təltif edilib.

Azərbaycanlı alim CONSEDOC-un fəxri üzvü oldu – FOTO

Azərbaycanlı alim CONSEDOC-un fəxri üzvü oldu – FOTO