» » » Hava şəraiti pisləşəcək – XƏBƏRDARLIQ

Hava şəraiti pisləşəcək – XƏBƏRDARLIQ

Hava şəraiti pisləşəcək – XƏBƏRDARLIQ

Nazirlik məlumat yaydı.

Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi və yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, dekabrın 9-dan 10-u gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.