» » » Mərkəzi Asiyada silkələndi

Mərkəzi Asiyada silkələndi

Mərkəzi Asiyada silkələndi

Təkanlar 30 km dərinlikdə qeydə alınıb.

Tacikistanda 7,2 maqnitudalı zəlzələ baş verib, ABŞ Geoloji xidməti (USGS) məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, təkanlar Murqab qəsəbəsindən 109 km, paytaxt Düşənbədən 354 km qərbdə qeydə alınıb.

Avropa Aralıq dənizi seysmoloji mərkəzin məlumatına görə, təkanlar 30 km dərinlikdə qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 12:50-də baş verib. USGS-in məlumatına görə, episentr Qornı Badaxşan rayonunda yerləşir.

Bundan başqa, yerli vaxtla saat 14:30-da Qırğızıstanda Bişkekdən 125 km cənubda 5,5 maqnitudalı zəlzələ baş verib.

Qırğızıstanın Fövqəladə hallar nazirliyinin mətbuat xidməti zəlzələ nəticəsində ölkədə ölənlərin və dağıntıların olmadığına dair məlumat yayıb.

Tacikistanda zəlzələ nəticəsində qurbanlar və dağıntılar barədə məlumat yoxdur.