» » » Altı nefçinin cəsədi tapıldı - RƏSMİ

Altı nefçinin cəsədi tapıldı - RƏSMİ

Altı nefçinin cəsədi tapıldı - RƏSMİ

Cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

"Azneft" Istehsalat Birliyində "Günəşli" yatağının 10-cu özülünün platformasında qəza ilə bağlı növbəti mətbuat konfransı keçirilib.

ucarliyiq.biz xəbər verir ki, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov qeyd edib ki, qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq Xətai rayonunda ölüxanaya təhvil verilib. Digər 4 nəfərin cəsədi Sabunçu rayonun ölüxanasına təhvil veriləcək.

Elvin Əhmədov