» » » Sınmış qayıq parçasına yapışıb qurtulan neftçi: Çıxış yolu yox idi – VİDEO

Sınmış qayıq parçasına yapışıb qurtulan neftçi: Çıxış yolu yox idi – VİDEO

Sınmış qayıq parçasına yapışıb qurtulan neftçi: Çıxış yolu yox idi – VİDEO

“Yuxarıda alov təhlükəsi vardı, aşağıda dəniz təlatümlü idi…”

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilən zərərçəkən hadisə barədə təəssüratlarını bölüşüb. 

ucarliyiq.biz Trend-ə istinadən xəbər verir ki, hadisə haqqında neftçi Ənvər Əliyev belə deyib:

“Çıxış yolu yox idi. Yuxarıda alov təhlükəsi var idi, aşağıda dəniz təlatümlü idi. Yenə də qərara gəldik ki, platformada qalmayaq. Qayıqlara mindik. Mən sınan qayığın içərisində idim. Qayıq sınanda hamımız suya töküldük, sınmış qayığın parçalarına yapışıb durmuşduq.

Dalğa vurub yanımızdakı parçanı və yoldaşları harasa uzağa apardı. Onların sonrakı taleyindən xəbərimiz olmadı”.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir.