» » » “Milli irsə dəstək olaq” adlı flaşmob keçirildi – FOTO

“Milli irsə dəstək olaq” adlı flaşmob keçirildi – FOTO

“Milli irsə dəstək olaq” adlı flaşmob keçirildi – FOTO

Tədbirə mədəniyyət, incəsənət nümayəndələri, gənclər və paytaxt sakinləri qatılıb.

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Metro Park” alış-veriş və ticarət mərkəzində “Milli irsə dəstək olaq” adlı flaşmob keçirildi.

Nazirlikdən ucarliyiq.biz-a verilən məlumata görə, “Milli irsə dəstək olaq” adlı flaşmobun keçirilməsi milli, mədini irsin qorunması, təbliği və bu sahədə həyata keçirilən işlərin daha geniş auditoriyaya çatdırılması məqsədini daşıyır.

Tədbirə mədəniyyət, incəsənət nümayəndələri, gənclər və paytaxt sakinləri qatılıb.

Açılış mərasimində çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev “Milli irsə dəstək olaq” adlı flaşmobun keçirilməsinin əhəmiyyətindən danışdı:

“Bildiyimiz kimi artıq Azərbaycan xalqının daha bir mədəni irs nümunəsi olan Lahıc misgərlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilib. Hesab edirəm ki, bu hadisə Azərbaycanın apardığı mədəni diplomatiyanın daha bir uğurudur. Bu əlamətdar hadisə münasibəti ilə hər birinizi təbrik edirəm. Xalqımızın qədim mədəni irsini qorumaq və təbliğ etməkdə hər birimiz fəal olmalıyıq”.

Daha sonra Xalq aristi Təranə Muradova “Azərbaycan milli rəqsləri”, Əməkdar artist Kamil Dadaşov “Rəqs tarixi” adlı mövzularda məruzə ilə çıxış etdilər. Çıxışlarda Azərbaycan milli rəqslərinin yaranma tarixi, rəqs ənənələrinin qorunub inkifaş etdirilməsi və dünyada təbliğ olunması kimi məsələlərə toxunuldu.

Sonda milli musiqilərimizi təbliğ edən flaşmob başladı. Suraxanı rayon mədəniyyət evinin “Azad” rəqs qrupu “Şənlik” və “Çobanlar” rəqsi, Vaqif Mustafazadə adına uşaq incəsənət məktəbinin “Aysel” rəqs ansamblı “Azərbaycan” mahnısını və Seyid Şuşinski adına uşaq incəsənət məktəbinin “Mədinə” rəqs qrupu “Yallı” rəqsini nümayiş etdirdilər. Həmçinin Səid Rüstəmov adına uşaq incəsənət məktəbinin “Cəsur şahinlər”, Niyazi adına uşaq incəsənət məktəbinin “Şuşa” rəqs qrupu və Süleyman Ələsgərov adına uşaq incəsənət məktəbinin rəqs kollektivi “Rəqs tokkata”, “Odlar yurdu”, “Qaytağı”, “Köçəri” və başqa milli rəqslər təqdim olundu.

Flaşmobda fəal iştirak etdiklərinə görə rəqs kollektivlərinin rəhbərlərinə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri diplomları təqdim olundu. Eyni zamanda flaşmob iştirakçılarına da mərkəzin əməkdaşları tərəfindən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan mədəniyyət nümunələri haqqında bukletlər paylanıldı.