» » » 2016-сı il üçün yaşayış minimumu müəyyənləşdirildi

2016-сı il üçün yaşayış minimumu müəyyənləşdirildi

2016-сı il üçün yaşayış minimumu müəyyənləşdirildi

Ehtiyac meyarının aşağı həddi 105 manat oldu.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.

ucarliyiq.biz xəbər verir ki, sənədə əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Dövlət başçısı həmçinin 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.