» » » DSMF-in gələn il üçün büdcəsi müəyyənləşdi

DSMF-in gələn il üçün büdcəsi müəyyənləşdi

DSMF-in gələn il üçün büdcəsi müəyyənləşdi

Prezident Fondun büdcəsini təsdiqlədi.

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsini təsdiqləyib.

ucarliyiq.biz xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsinin gəlirləri 3 milyard 78 milyon 570 min 100 manat, xərcləri 3 milyard 78 milyon 570 min 100 manat məbləğində müəyyənləşdirilib.

Fondun 2016-cı il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 3 milyard 11 milyon 145 min manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 2 milyard 923 mln. 588 min manat təşkil edir.