» » » Leyla Əliyeva Fransa prezidenti ilə görüşdü – FOTO

Leyla Əliyeva Fransa prezidenti ilə görüşdü – FOTO

Leyla Əliyeva Fransa prezidenti ilə görüşdü – FOTO

BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı çərçivəsində.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib.

ucarliyiq.biz xəbər verir ki, rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Leyla Əliyeva Fransa prezidenti ilə görüşdü – FOTO