» » » “Azərsu”nun anbarında bədbəxt hadisə: Ölən var

“Azərsu”nun anbarında bədbəxt hadisə: Ölən var

“Azərsu”nun anbarında bədbəxt hadisə: Ölən var

Mingəçevirdə isə “Azərişıq” MMC-nin əməkdaşı ölüb.

“Azərsu” ASC-nin su anbarında faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, hadisə dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qeydə alınıb.

Qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

Digər bir bədbəxt hadisə isə “Azərişıq” MMC-də baş verib.

Belə ki, dekabrın 7-də Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan şəhər Azər İşıq MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşməsi nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.