» » » Sinoptiklər yağış proqnozlaşdırırlar

Sinoptiklər yağış proqnozlaşdırırlar

Sinoptiklər yağış proqnozlaşdırırlar

ETSN məlumat yayıb.

Bakı və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən xəbərə görə, havanın temperaturu gecə 5-7, gündüz 7-9, dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 3-7 dərəcə isti, gündüz 8-13, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
 
Dekabrın 9-10-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 9-da güclü xəzri küləyinin ayın 10-da gündüz arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizidir.