» » » İtkin düşən neftçilərin axtarışları müvəqqəti dayandırıla bilər

İtkin düşən neftçilərin axtarışları müvəqqəti dayandırıla bilər

İtkin düşən neftçilərin axtarışları müvəqqəti dayandırıla bilər

“İdarələrdə iş qrafiki küləyin sürətinə uyğunlaşdırılacaq”.

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.

ucarliyiq.biz xəbər verir ki, "APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

Baş mühəndis qeyd edib ki, sabahdan etibarən hava şəraiti kəskin pisləşir və bu səbəbdən itkin düşən neftçilərin axtarışları müvəqqəti dayandırıla bilər: 

"Helikopterlərlə axtarışların aparılmasına dair qərarı Fövqəladə Hallar Nazirliyi verir. Gəmilərlə axtarış hava şəraitinin kəskin pisləşməsi səbəbindən müvəqqəti dayandırıla bilər. Özüllərdə, idarələrdə iş qrafiki küləyin sürətinə uyğunlaşdırılacaq".