» » » Gəncədə üç uşaq anası əməliyyatdan sonra öldü

Gəncədə üç uşaq anası əməliyyatdan sonra öldü

Gəncədə üç uşaq anası əməliyyatdan sonra öldü

Onun həyat yoldaşı ötən il xəstəlikdən dünyasını dəyişib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında (TTYX) əməliyyat olunan qadın dünyasını dəyişib. 

ucarliyiq.biz "Report"-a istinadən xəbər verir ki, Goranboy rayon sakini, 32 yaşlı Xeyrənisə Ələkbərova xəstəxananın Cərrahiyyə şöbəsində bu gün öd kisəsindən əməliyyat olunub.

X.Ələkbərova əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib və qəfildən halı dəyişən qadına tibbi yardım göstərilməsinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, X.Ələkbərova üç uşaq anasıdır və onun həyat yoldaşı Qurban Ələkbərov ötən il xəstəlikdən dünyasını dəyişib.