» » » Hacı Nurandan ürək dağlayan - FOTO

Hacı Nurandan ürək dağlayan - FOTO

Hacı Nurandan ürək dağlayan - FOTO

“Əllərinizi sıxıb gözləyin deyirəm”.

Məşhur azərbaycanlı teleaparıcı Hacı Nuran Hüseynov “Günəşli” yatağında bədbəxt hadisə nəticəsində həlak olanlardan yazıb.

ucarliyiq.biz xəbər verir ki, uzun zamandır xərçəng xəstəliyi ilə bağlı Almaniyada müalicə alan Hacı Nuranın son vəziyyəti hər kəsi kədərləndirib. 

Aparıcı “Facebook”da yeni fotosunu paylaşaraq bunları qeyd edib:

“Səbr adlı bir ağacın meyvəsini yeyə-yeyə bir budaqdan o birinə keçdim. Sizin gözəl dualarınızdan güc alaraq daha iki budağa çıxmalıyam.

Lakin aşağıda vətən, yuxarıda həyat eşqi ilə bu günümə Allaha şükür deyir, hamıya dəstəyinizə görə və məni bir gün tək qoymadığınıza görə hər kəsə ayrı-ayılıqda dərin minnətdarlığımı bildirirəm. 

Əllərinizi sıxıb gözləyin deyirəm. Həyat nə qədər şirindirsə, sizinlə görüşmək daha da şirindir. Vətən sağ olsun!

Allah “Günəşli” neft yatağında həyatını itirən neftçilərimizə rəhmət eləsin”.

Hacı Nurandan ürək dağlayan - FOTO