» » » Nardarana işıq verildi

Nardarana işıq verildi

Nardarana işıq verildi

“Əhaliyə isə hələlik elektrik enerjisi verilmir”.

Bakının Nardaran qəsəbəsində elektrik enerjisinin verilişi bərpa edilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə APA-ya qəsəbə sakini Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, bu gün axşamdan qəsəbənin küçə və meydanlarına elektrik enerjisi verilib: 

“Əhaliyə isə hələlik elektrik enerjisi verilmir. Deyilənə görə, yaxın günlərdə əhaliyə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.
 
Digər Nardaran sakinləri isə bildiriblər ki, artıq evlərə də işıq verilib. Belə ki, fərdi qaydada müraciət edib, “Azərişıq” ASC ilə yeni şərtlər əsasında müqavilə bağlayan sakinlərin elektrik enerjisi ilə təchizatı bərpa olunub.