» » » Qazaxda erməni mərmisi partladı: 16 yaşlı oğlan yaralandı

Qazaxda erməni mərmisi partladı: 16 yaşlı oğlan yaralandı

Qazaxda erməni mərmisi partladı: 16 yaşlı oğlan yaralandı

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Azərbaycanın Qazax rayonunda mərmi partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb.

ucarliyiq.biz xəbər verir ki, Qazax rayon Diaqnostika Mərkəzindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə mərkəzə yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Valideynlərinin dediyinə görə, T. Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərmini götürən zaman mərmi partlayıb və xəsarət alıb.