» » » 11 ayda yolda 816 nəfər ölüb

11 ayda yolda 816 nəfər ölüb

11 ayda yolda 816 nəfər ölüb

571 qəza sürət həddinin aşılması nəticəsində baş verib.

11 ay ərzində respublikanın avtomobil yollarında 2033 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 816 nəfər həlak olub, 2069 nəfər xəsarət alıb.

Bunu ucarliyiq.biz-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Bu müddət ərzində 837 qəza piyadaların vurulması nəticəsində baş verib. Nəticədə  302 piyada ölüb, 612 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
 
11 ayda 571 qəza sürət həddinin aşılması nəticəsində baş verib. Həmin qəzalarda 267 nəfər ölüb, 465 nəfər isə yaralanıb.

Uşaqların iştirakı ilə baş verən qəzalarda 64 azyaşlı ölüb, 195 uşaq xəsarət alıb.