» » » 78 yaşlı rus qadın üç həftə Bakının hava limanında qaldı

78 yaşlı rus qadın üç həftə Bakının hava limanında qaldı

78 yaşlı rus qadın üç həftə Bakının hava limanında qaldı

O, psixi xəstəlikdən əziyyət çəkir.

Bakı sakini Krasnoyarskda itkin düşənlərin axtarışı ilə məşğul olan könüllülərə yazıb.

O, aeroportda işləyir və bir neçə həftədir ki, terminalda yaşayan qəribə, yaşlı qadın diqqətini çəkib.

ucarliyiq.biz kp.ru-ya istinadən xəbər verir ki, azərbaycanlı xanım yaşlı qadın ilə tanış olub.

Qadın 78 yaşı olduğunu, Taseyevo qəsəbəsində yaşadığını və hətta öz ünvanını da söyləyib. O, Azərbaycana müalicəyə gəldiyini, amma onu heç kimin qarşılamadığını deyib.

“Yaxınlarını tapmağa yardım edin”, - uzaq Bakıdan yazılan məktubda deyilirdi.

Qohumlar tapıldı. “İtkin düşmüş uşaqların axtarışı - Krasnoyarsk” qrupunun könüllüləri və laqeyd qalmayan insanlar sayəsində.

Yaşlı qadının qohumları onun üçün narahat olublar. Belə ki, onun psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Qadın evdən gözlənilmədən gedib, ailəsi və polis onu axtarmağa başlayıb.

Tezliklə onu evə gətirəcəklər və onun evindən min km uzaq məsafədə, həm də başqa bir ölkəyə necə gedib çıxdığı məlum olacaq.