» » » “Vixr-9” gəmisinin komandiri dəfn olundu - FOTO

“Vixr-9” gəmisinin komandiri dəfn olundu - FOTO

“Vixr-9” gəmisinin komandiri dəfn olundu - FOTO

O, ürək çatışmazlığından vəfat edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-9” yanğınsöndürmə gəmisinin dekabrın 8-də vəfat etmiş komandiri bu gün torpağa tapşırılıb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç bu gün Zabrat qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəsmi şəxsləri iştirak ediblər.

Qeyd edək ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.

“Vixr-9” gəmisinin komandiri dəfn olundu - FOTO

“Vixr-9” gəmisinin komandiri dəfn olundu - FOTO

“Vixr-9” gəmisinin komandiri dəfn olundu - FOTO