» » » Leyla Yunus azadlığa buraxılıb

Leyla Yunus azadlığa buraxılıb

Leyla Yunus azadlığa buraxılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Sülh və Demokratiya İnstitutu"nun həbsdə olan direktoru Leyla Yunus barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə işi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi ilə keçirilən iclasda Leyla Yunus 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılıb.
Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.
Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.