» » » Gəncədə yeni park salınır

Gəncədə yeni park salınır

Gəncədə yeni park salınır

Parkda “Gəncliyin qanadları” adları abidə də qoyulub.

Gəncədə istirahət guşəsi gələn il “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində istifadəyə veriləcək.

ucarliyiq.biz Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, şəhərin Bakı istiqamətindən girişində, Nərimanov parkının yanında, Nizami prospektində yaradılan istirahət guşəsinin ümumi ərazisi 60 min kvadratmetrdir. 

Parkda hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” adları abidə də qoyulub. Bu, simvolik olaraq “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək məqsədi daşıyır. Parkda işçi qüvvəsi ilə yanaşı, 10 ağır texnika da işləyir.

İstirahət guşəsində müxtəlif növ dekorativ ağaclar əkiləcək, qazonlar salınacaq, əraziyə işıq dirəkləri basdırılacaq, oturacaqlar qoyulacaq.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov deyib ki, Avropada yaşıllıqda əsasən qazondan istifadə olunur: "Gənclər orada həm istirahət edirlər, həm də kitab oxuyurlar. Bu parkın özəlliyi ondan ibarət olacaq ki, gənclər gəlib belə bir gözəllikdə, yaşıllıqda həm asudə vaxtlarını keçirəcək, həm də dərslərinə hazırlaşacaqlar”.

Qeyd edək ki, Gəncədə ümumilikdə 25 park var.