» » » İTV 429 min manatı MTRŞ-ə qaytarmalıdır – QƏRAR

İTV 429 min manatı MTRŞ-ə qaytarmalıdır – QƏRAR

İTV 429 min manatı MTRŞ-ə qaytarmalıdır – QƏRAR

Kanalın apellyasiya şikayəti təmin edilməyib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

ucarliyiq.biz report-a istinadən xəbər verir ki, hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən iclasda qərar çıxarılıb.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. İTV-nin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün televiziya kanallarına dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.

Həmin il MTRŞ İTV-də yayımlanan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filminə 800 min manat vəsait ayırıb. Lakin televiziya filmi yarımçıq dayandırılıb. 

Bu il MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verərək həmin film üçün ayrılan vəsaitin 429 min manatının geri qaytarılması barədə tələb irəli sürüb. MTRŞ bu iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə MTRŞ-nın iddiasını təmin edib. Qərarla razılaşmayan şirkət isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.