» » » Bir şüşə bit dərmanı içən vəzifəli şəxs dünyasını dəyişdi

Bir şüşə bit dərmanı içən vəzifəli şəxs dünyasını dəyişdi

Bir şüşə bit dərmanı içən vəzifəli şəxs dünyasını dəyişdi

Faktla bağlı araşdırmalara başlanılıb.

Dekabrın 2-də bit dərmanı içərək özünə qəsd edən Quba Rayon İcra Hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi bu gün axşam saatlarında dünyasını dəyişib.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, 48 yaşlı Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın müalicə işləri üzrə baş həkiminin müavini Əlyar Sərvərov icra nümayəndəsinin tibb müəssisəsinə çox ağır və huşsuz vəziyyətdə gətirildiyini bildirib. Onun sözlərinə görə, Reanimasiya şöbəsində xəstəyə bir neçə saat ciddi şəklidə ilkin tibbi yardım göstərilib. F.Şərifov ağır vəziyyətdən çıxarılıb. Bundan sonra o, Bakıdan çağırılmış toksikoloqun müşayiəti ilə paytaxtın 1 Saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə göndərilib.

Lakin paytaxt xəstəxanasında müalicə bir səmərə verməyib və icra nümayəndəsi bu gün 21:05-də dünyasını dəyişib.

Əlyar Sərvərovun sözlərinə görə, o, niafidol adlanan və maye halında olan 1 şüşə bit dərmanı qəbul edib.

F. Şərifovun hansı səbəbdən həyatına qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.