» » » Dövlət işində işləmək istəyənlərin nəzərinə

Dövlət işində işləmək istəyənlərin nəzərinə

Dövlət işində işləmək istəyənlərin nəzərinə

34 vakant yer.

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni ümumi müsahibə elan edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından ucarliyiq.biz-ə bildirilib. 

“Kommissiya 34 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib. 

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 32-si mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli təşkilatlarında, 2-si isə məhkəmə orqanlarındadır”, - deyə kommissiyadan qeyd edilib. 

Qeyd edək ki, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu dekabrın 10-dan 29-dək Komissiya tərəfindən aparılacaq. Sənədlər şəxsən yaxud poçt vasitəsilə təqdim edilə bilər.