» » » Azərbaycanda 4 aptek bağlanıldı

Azərbaycanda 4 aptek bağlanıldı

Azərbaycanda 4 aptek bağlanıldı

Səhiyyə Nazirliyi məlumat yaydı.

Azərbaycanda bu il ərzində 113 aptekdə reydlər aparılıb, nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb və onların fəaliyyəti dayandırılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Səhiyyə nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov bildirilib. 

“Qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası alınıb.

Cari il aparılan yoxlamalar nəticəsində əczaçılıq bazarından 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb”, - deyə direktor qeyd edib.