» » » Yaxınları itkin düşmüş qadını axtarırlar - FOTO

Yaxınları itkin düşmüş qadını axtarırlar - FOTO

Yaxınları itkin düşmüş qadını axtarırlar - FOTO

“Mən ona lazımam, o da mənə!”.

Bakıda qadın itkin düşmüş bacısını axtarır.

ucarliyiq.biz xəbər verir ki, itkin düşmüş şəxs - 1982-ci il 14 yanvar tarixində dünyaya gələn Fidan Əkbərli, 2000-ci ildən 2004-cü ilə qədər Bakıda Bədən Tərbiyəsi və İdman Akademiyasında Yüngül atletika fakültəsində təhsil alıb.  

F.Əkbərli Bakıxanov qəsəbəsi, Axundov küçəsi 1, m.15-də yaşayıb. Daha sonra o, bu evi sataraq “Nizami” metrostansiyası yaxınlığında M.Muxtarov küçəsində ev alıb, amma bir müddət sonra həmin evi də satıb.

Fidan Əkbərlinin əlamətləri: kürən rəngli saçları, qəhvəyi gözləri var. Sonuncu dəfə onu Əhmədlidə “Bakı” kinoteatrının yaxınlığında görüblər.

F.Əkbərlinin bacısı Gülnarə Əkbərli onu tapmaq üçün yardım istəyir.

“Bədən Tərbiyəsi və İdman Akademiyasında 2000-2004-cü illərdə oxuyan qızlar və oğlanlar, səsimə səs verin. Yüngül atletika fakültəsindən bəlkə kim isə onu tanıyır və ya kim isə tapmağa yardım edə bilər. Bu, çox vacibdir. Xahiş edirəm yardım edin.

Mən bacımı axtarıram. Vaxtilə alimentlərin göndərildiyi mənzildə yaşamır, o mənzili satıb. “Nizami” metrosu yaxınlığında olan mənzildə qeydiyyatdadır, amma orada da yaşamır, o mənzil də satılıb. Onun qızı olduğunu da öyrəndim.

Ona bu illər ərzində nə qədər ağır olduğunu öyrəndim. Onu mütləq tapmalıyam. Təfərrüatları açmayacam, amma inanın ki, həyatın çətinliklərindən keçib. Onu tapmağa yardım edin. Mən ona lazımam, o da mənə!

Mən illərdir ki, görüşümüzü gözləyirəm.

Onun anası 2003-cü ildə ölüb, onun 21 yaşında yalnız qalması məni çox incitdi, onu tanımasam da ağrı hiss etdim və utandım. Utandım ki, mənim atam da, anam da var, o isə kimsəsiz və köməksiz qalıb.

Allahım, yaxşı insanların əli ilə onu tapmağa yardım et!” – Gülnarə Əkbərlinin sosial şəbəkələrdə paylaşdığı müraciətdə deyilir.

Qadını tanıyan və ya hər hansı bir məlumatı olanlardan (050) 050 222 32 19 nömrəli telefonla əlaqə saxlamaları xahiş edilir.

Yaxınları itkin düşmüş qadını axtarırlar - FOTO

Yaxınları itkin düşmüş qadını axtarırlar - FOTO