» » » Bakıdakı bəzi universitetlər Nardarana köçürülə bilər

Bakıdakı bəzi universitetlər Nardarana köçürülə bilər

Bakıdakı bəzi universitetlər Nardarana köçürülə bilər

Sənədin hazırlanması yekunlaşmaq üzrədir.

Bakının mərkəzində yerləşən ali təhsil ocaqlarının şəhərətrafı ərazilərə köçürülməsi məsələsi bir neçə dəfə gündəmə gətirilsə də, hələ ki bu istiqamətdə real iş görülməyib.  Lakin yaxın zamanlarda şəhərdəki sıxlığın azalması baxımından əhəmiyyətli sayılan bu məsələnin gerçəkləşdirilməsi istiqamətində addım atıla bilər. 

ucarliyiq.biz xəbər verir ki, hökumətdəki mənbələrdən Modern.az saytına verilən məlumata görə, universitetlərin Bakıətrafı əraziyə köçürülməsilə əlaqədar sənədin hazırlanması yekunlaşmaq üzrədir.

Artıq bununla bağlı, yaxın zamanlarda konkret addımlar atılacağı bildirilir.

Maraqlıdır ki, verilən məlumata görə, universitetlərin bir neçəsinin Maştağa-Nardaran qəsəbəsi istiqamətinə köçürülməsi də bu planın tərkib hissələrindən biridir.