» » » Səhlənkar valideynlər üçün cərimə artırılır

Səhlənkar valideynlər üçün cərimə artırılır

Səhlənkar valideynlər üçün cərimə artırılır

İXM dəyişiklər edilir.

Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrini lazımınca yerinə yetirməyən valideynlər üçün müəyyən edilən cərimənin məbləği artırılır.

ucarliyiq.biz xəbər verir ki, Trend-in məlumatına görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinin yeni redaksiyada verilməsi təklif edilib.

Belə ki, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə onlara xəbərdarlıq ediləcək və ya 40 manatdan 60 manatdək miqdarda cərimə ediləcək.

Hazırda bu maddədə “üzrlü səbəblər” xüsusi olaraq qeyd edilməyib. Eyni zamanda, hazırkı məcəllələyə görə, yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya 20 manatdan 40 manatadək miqdarda cərimə edilir.