» » » İtkin düşmüş neftçilərin axtarışına əlavə qüvvələr cəlb olunur

İtkin düşmüş neftçilərin axtarışına əlavə qüvvələr cəlb olunur

İtkin düşmüş neftçilərin axtarışına əlavə qüvvələr cəlb olunur

FHN-də müşavirə keçirilib.

“Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib.

ucarliyiq.biz nazirliyin saytına istinadən verdiyi məlumata görə, müşavirədə fövqəladə hallar nazirinin müavinləri və müvafiq struktur bölmə rəisləri, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sahil Mühafizə və Aviasiya xidmətlərinin rəisləri, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssisləri iştirak ediblər.
 
Müzakirələr zamanı qəza nəticəsində itkin düşən insanların axtarışı işlərində effektivliyin artırılması ilə bağlı məsələlər nəzərdən keçirilib.
 
Müşavirənin yekunu olaraq, sabah axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunması qərara alınıb. Həmçinin, Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.