» » » Cəlilabadda 27 yaşlı qadın intihar etdi

Cəlilabadda 27 yaşlı qadın intihar etdi

Cəlilabadda 27 yaşlı qadın intihar etdi

Araşdırma aparılır.

Cəlilabadda intihar hadisəsi baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötə gecə Cəlilabad şəhərinin Heydər Əliyev prospektindəki fərdi evlərin birində qeydə alınıb. 

Cəlilabad şəhər sakini, 1988-ci il təvəllüdlü Gülnar Telman qızı Babayeva yaşadığı mənzildə özünü asaraq öldürüb.

İntiharın motivləri barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.