» » » Azərbaycanda çalışan əcnəbilərin sayı artdı

Azərbaycanda çalışan əcnəbilərin sayı artdı

Azərbaycanda çalışan əcnəbilərin sayı artdı

DSMF məlumat yaydı.

2015-ci ilin  dekabrın 1-nə, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 21,25% artıb.

Noyabr ayı ərzində əlavə olaraq 350 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 27 322 nəfərə yüksəlib.  

Bu barədə ucarliyiq.biz-a Fonddan deyilib.

“Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,02%-ni (24 048 nəfər) kişilər, 11,98%-ni  (3 274 nəfər)  isə qadınlar təşkil edir.

Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 665 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 982 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 651 nəfərə çatıb.

Sonrakı yerlərdə Hindistan (983), İran 969), Çin (847), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (561), Pakistan (537), Ukrayna (443), Banqladeş (401), Özbəkistan (275), Almaniya (252), Filippin (239), ABŞ (237), Qazaxıstan (218), Türkmənistan (211), vətəndaşlığı olmayanlar (194), Koreya  (191)  və s. ölkələr qərarlaşıb”, - deyə Fonddan bildirilib. 

Qeyd edək ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.