» » » Ünvanlı sosial yardımın təyin edilməsində nöqsanlara yol verilib

Ünvanlı sosial yardımın təyin edilməsində nöqsanlara yol verilib

Ünvanlı sosial yardımın təyin edilməsində nöqsanlara yol verilib

Yoxlamanın nəticələri açıqlandı.

Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ünvanlı dövlət sosial yardımın təyin edilməsində nöqsanlara yol verib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Hesablama Palatasında keçirilən kollegiya iclasında qurumun audit nəticələrinin müzakirəsi zamanı bildirilib. 

Qurumdan bildirilib ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı mərkəz tərəfindən bir sıra hallarda sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməyib. 

Bundan başqa, ailənin ümumi gəlirinin hesablanılması zamanı nöqsanlara yol verilib, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və  ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılıb.
 
“Auditor  sosial müavinətlər və təqaüdlər üzrə bir sıra hallarda işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması hallarına yol verildiyini bildirərək  müharibə veteranlarına, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ümumi səbəbdən əlillərə əmək pensiyası hüququ qazandıqdan sonra da sosial müavinət ödənilməsi, müavinətin təyinatının müddətinin və məbləğinin düzgün müəyyən olunmaması kimi nöqsanların mövcud olduğunu qeyd edib”, - deyə Palatadan qeyd edilib.