» » » İtkin düşən neftçilərin axtarışına təyyarə cəlb olundu

İtkin düşən neftçilərin axtarışına təyyarə cəlb olundu

İtkin düşən neftçilərin axtarışına təyyarə cəlb olundu

FHN məlumat yaydı.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

ucarliyiq.biz FHN-in saytına istinadən məlumat verir ki, hazırda FHN-ə məxsus “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.