» » » Bütün məscidlərdə ölən neftçilərin ruhuna dualar oxundu

Bütün məscidlərdə ölən neftçilərin ruhuna dualar oxundu

Bütün məscidlərdə ölən neftçilərin ruhuna dualar oxundu

“Yaralılara Allahdan şəfa dilənilib”.

Azərbaycan məscidlərində qılınan cümə namazında "Günəşli” yatağının 10-cu dərin özülündə baş verən qəzada ölən və itkin düşənlərin xatirəsinə dualar oxunub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Məlumatda qeyd olunub ki, ölkənin məscidlərində ölənlərin və itkin düşənlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub, yaralılara Allahdan şəfa dilənilib.

Dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.

Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib. 

"Neft daşları"nda baş verən qəzada itkin düşən 3 nəfər də daxil olmaqla hazırda 23 nəfərin axtarışı davam etdirilir.