» » » Dəm qazı faciəsi: 2 nəfər öldü, daha bir şəxs kritik haldadır

Dəm qazı faciəsi: 2 nəfər öldü, daha bir şəxs kritik haldadır

Dəm qazı faciəsi: 2 nəfər öldü, daha bir şəxs kritik haldadır

DİN məlumat yaydı.

Dekabrın 10-da Sabunçu rayonunun Zabrat qəsəbəsi sakinləri dəm qazından zəhərləniblər.

ucarliyiq.biz-ın DİN-in saytına istinadən verdiyi xəbərə əsasən,  Zabrat qəsəbəsində yaşayan Lentruş İsmayılov evində dəm qazından zəhərlənərək ölmüş, arvadı Firuzə isə xəstəxanaya yerləşdirilmişdir.

DİN-in saytında verilən digər məlumata görə, elə həmin gün Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova evində dəm qazından zəhərlənərək ölmüşdür.

Araşdırmalar aparılır.