» » » Türkiyəli astroloq: 2016-cı il məhəbbət ili olacaq

Türkiyəli astroloq: 2016-cı il məhəbbət ili olacaq

Türkiyəli astroloq: 2016-cı il məhəbbət ili olacaq

Zeynəb Turan proqnoz verdi.

Türkiyəli astroloq Zeynəb Turan 2016-cı il üçün astroloji proqnoz verib. Onun sözlərinə görə, 2016-cı il hər bürc üçün sevgi ili olacaq.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadla həmin proqnozu təqdim edir:

Qoç 
Qoç bürcünün dəbdəbəli həyat tərzini sevən nümayəndələri bu il də bu istəklərindən əl çəkməyəcəklər. Qoçlar gələn il əsasən iş həyatında böyük nailiyyətlər əldə edəcəklər.

Qoç bürcü gələn il gözlənilməz eşq macəralarına da hazır olsun.

Buğa 
Lüks həyat və pul hərisi olan Buğa bürcü üçün 2016-ci il elə də uğurlu olmayacaq. Bədxərclikləri onları gələn il müflis edə bilər. Buna görə də Meymun ilində Buğaları maddi sıxıntılar gözləyir. Lakin dost və sevgi münasibətlərindəki sadiqliyiniz sizə bir çox məsələlərdə yardımçı olacaq.

Əkizlər 
Dəyişkən xarakterli Əkizlər üçün bu il çətin keçəcək. Lakin ilin ikinci yarısından sonra işləriniz qaydasına düşəcək.

Xərçəng 
2016-cı il Xərçəng bürcünün nümayəndələrinə böyük uğurlar vəd etmir. Onlar bu il xoşagəlməz hadisələrlə rastlaşacaqlar. Belə görünür, Xərçənglər hisslərinin qurbanı olacaqlar. Xərçəng bürcünün hər şeyə həssas yanaşan nümayəndələri xırda şeylərdən inciyib insanlarla aralarına divarlar hörürlər. Qarşı tərəf bunu təkəbbür kimi qəbul etsə də, hadisənin əsl mahiyyəti inciklikdir. Əgər 2016-cı ili hər sahədə yalqız və uğursuz biri kimi başa vurmaq istəmirsinizsə, bu barədə son dərəcə diqqətli olmalı və xırda məsələləri ürəyinizə salmamalısınız.

Şir 
Gələn il Şirlərin işlərin bolluğundan başını qaşımağa vaxtları olmayacaq. Bütün vaxtını işə ayırdığı üçün onları əyləncədən çox uzaq bir il gözləyir. 2016-cı il iş baxımdan Şirlər üçün son dərəcə uğurlu olsa da, şəxsi həyatı haqqında eyni fikri deyə bilmərik. Əgər evli deyilsinizsə, ulduzlar sizin bu il də tək olacağınızı söyləyir.  Hətta evli Şirlər də həyat yoldaşları ilə ciddi problemlər yaşaya bilərlər. Amma çalışqan Şirlər gələn il böyük pullar qazanacaqlar. Biznes sahəsində də ulduzları çox parlaqdır.
 
Qız 
Yeni ildə də işləri ilə çox məşğul olan Qız bürcünü karyerasında böyük nailiyyətlər gözləyir.Lakin həddindən artıq tələbkar olmaları, xüsusilə, həyat yoldaşlarını narahat edir. Həyat yoldaşınızla münaqişədən qaçmaq üçün onu tələblərinizlə boğmayın. 

Subay Qızları isə 2016-cı ildə olduqca şəhvətli münasibətlər gözləyir.
 
Tərəzi 
Həyatını planlaşdıraraq  yaşamağa üstünlük verən Tərəzilər sağlamlıqlarına və xarici görünüşünə xüsusi fikir verirlər. Ancaq qış aylarında bu balans pozulacaq, bundan başqa, səhhətinizdə müəyyən problemlər yaranacaq. Narahat olmağa əsas yoxdur, bahar aylarında yenidən əvvəlki sağlamlığınıza qovuşacaqsınız.

Yay aylarında isə Tərəziləri xəyallarında qurduqları sürpriz məhəbbət gözləyir.
 
Əqrəb 
2016-cı ildə Əqrəbləri şəxsi həyatda yeniliklər gözləyir. Evlilik baxımdan da düşərli il olacaq. Lakin yersiz qısqanclığınızla özünüzə əlavə problemlər də qazanmış olacaqsınız.
 
Oxatan 
Əyləncə düşkünü olan Oxatanları gələn il xoşagəlməz sürprizlər gözləyir. Uşaq ruhlu olduqları üçün yaxınlarını istəmədən incidirlər. Bu səhvlərinə görə 2016-cı ildə bir çox dostları və tanışları onlarla əlaqələrini kəsəcəklər. Bir sözlə, tənhalıq 2016-ci ildə Oxatanların ən böyük cəzası olacaq. Bu səbəbdən insanlarla ünsiyyətdə daha diqqətli olmaq tövsiyə olunur. Yoxsa ömrünüzün sonuna qədər tək qala bilərsiniz.
 
Oğlaq 
Qənaətcilliyi ilə tanınan Oğlaqlar üçün 2016-cı il xeyirli-düşərli olacaq. Xüsusilə, iş həyatında uğur qazanacaq, maddi rifahı yaxşılaşacaq. Sevgi məsələsində isə onları romantik bir il gözləyir.
 
Dolça 
Dolça bürcünün bacarmadığı iş yoxdur. Onlar 2016-cı ildə iş həyatında böyük nailiyyətlər əldə edəcəklər. İlin əvvəlində maddi cəhətdən heç bir sıxıntı keçirməyəcəklər. Lakin ilin sonlarında mühüm maddi problemlər gözlənilir. Əgər qənaətcil olmasanız, bunun peşmanlığını uzun müddət çəkəcəksiniz.
 
Balıq 
Şıltaq və küsəyən davranışları ilə diqqət çəkən Balıqları çətin il gözləyir. Bu həssaslığınız sizə sosial həyatınızda da mane olacaq. Kiçik şeylərdən vasvasılıq edib, uşaq kimi ağlamağa başlayırsınız. Hər sözdən inciməyiniz sevgiliniz və həyat yoldaşınızla da münasibətlərinizə təsirsiz ötüşməycək. Həssaslıq məsələsində çox diqqətli olmalısınız.