» » » Şeyx: Taleh Bağırovun ucbatından gərginlik yaşandı

Şeyx: Taleh Bağırovun ucbatından gərginlik yaşandı

Şeyx: Taleh Bağırovun ucbatından gərginlik yaşandı

“Nardaranda çoxlu mömin insan var”.

Qafqaz Müsəlmanları İdarəsinin şeyi Hacı Allahşükür Paşazadə Nardaran hadisələrindən və dinlə bağlı qanunvericiliyə edilən dəyişiklərdən danışıb.

ucarliyiq.biz-ın verdiyi xəbərə görə, A.Paşazadə “APA”ya müsahibəsində deyib ki, o Nardaranda başqa dövlətin atributlarını heç vaxt görməyib: 

“Bu qəsəbədə, hələ sovetlər dönəmindən başlayaraq dini rəmzlərə ehtiramlı münasibət, xüsusən, Məhərrəmlik zamanlarında olub. Ümumən, İmam Hüseynin (ə) qətlə yetirilməsinin, Kərbəla hadisələrinin yad edilməsi ilə bağlı əzadarlıq keçirilən bütün Azərbaycan məscidlərində hər zaman qara matəm atributlarından istifadə olunub.

Doğrudur, dinə aid rəmzlər məscid və ziyarətgahlarda, onlara aid ərazilərdə olmalıdır. 

Nardaranda çoxlu əməlisaleh, mömin insan var. Çox heyfsilənirəm ki, Nardaran sakinlərinin səmimiyyətindən istifadə edərək qəsəbəyə nüfuz etmiş bəzi "din təəssübkeşləri" - Taleh Bağırov və onun kimilərinin dini siyasi məqsədlərə, məkrli niyyətlərə alət etməsi ucbatından Nardaranda gərginlik yaşandı”.

Qafqazın şeyxi bir müddət öncə mətbuat Taleh Bağırovun İranın dini liderinin əlini öpməsi barədə yayılan kadrlara münasibət bildirib: 

“Bəzi kütləvi informasiya vasitələri yanlış ictimai rəy formalaşdırmağa çalışaraq, dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə bağlı Taleh Bağırov və onun yaratdığı “Müsəlman birliyi" hərəkatının üzvlərinə qarşı həyata keçirilən əməliyyatları iranlı ali din xadimi Ayətullah-Üzma Şeyx Hüseyn Nuri Həmədaninin Azərbaycana gəlişi ilə bağlamağa cəhd edir.

Bu, həqiqətə uyğun olmayan məkrli dezinformasiyadır və qətiyyən yolverilməzdir”.

Allahşükür Paşazadə parlamentdə qanunverciliyi dəyişikliklə bağlı edilən təkliflərdən də danışıb: 

“İndiyədək xaricdə dini təhsil alanlar rəsmi din xadimi kimi fəlaiyyətlərinə davam edəcəklər. QMİ-nin razılığı ilə onlar təhsil və digər sahələrə cəlb oluna bilərlər.

Onların vaxtilə xaricdə dini təhsil almasını sovetlər dönəmində yaranmış şəraitsizlik səbəbindən bu sahədəki boşluq şərtləndirirdi. Hazırda bizim özümüzün dini təhsil sahəsində potensialımız kifayət qədərdir və bunun daha da təkmilləşməsi üzərində iş gedir”.