» » » Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirildi

Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirildi

Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirildi

Valideynlərə xəbərdarlıq edilib.

Bakının orta məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, paytaxt məktəblərinin mühafizəsinə silahlı polis əməkdaşları cəlb edilib.
 
Məlumata görə, təhlükəsizlik tədbirləri daha çox Nardarana yaxın kənd və qəsəbə məktəblərində həyata keçirilir. Bütün müəllim və valideynlərə uşaqları nəzarətsiz qoymamaları barədə xəbərdarlıq edilib. 

Valideynlərə tapşırılıb ki, uşaqları məktəbə özləri gətirib, özləri evə aparsınlar.
 
Hüquq-mühafizə orqanlarından orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təsdiqlənib.