» » » Nardaranın yarısı elektrik enerjisi ilə təmin edildi

Nardaranın yarısı elektrik enerjisi ilə təmin edildi

Nardaranın yarısı elektrik enerjisi ilə təmin edildi

“Azərışıq” məlumat yaydı.

Nardaran qəsəbəsinin yarısı artıq elektrik enerjisi ilə təmin edilib.

ucarliyiq.biz xəbər verir ki, “Azərışıq” ASC-dən APA-ya verilən məlumata görə, Nardaran qəsəbəsində paylayıcı şəbəkə əlavə müdaxilələrdən, enerji oğurluğunu həyata keçirən xətt və avadanlıqlardan təmizlənib, sim kartlı “AzərCell” sayğaclar quraşdırılıb.
 
Borcunu tanıyan, SMS sayğacı enerji haqqı ilə yükləyən hər bir abonent avtomatik elektrik enerjisi ilə təmin edilir.
 
Həmçinin o da bildirilib ki, Nardaran qəsəbəsində elektrik enerjisinin dayandırılması borca görədir (10 il ərzində 2% ödənilib, 42 milyon çox borc yaranıb).
 
Abonentlərdən elektrik enerjisi təchizatı üçün əvvəlcədən ödənişləri təmin etmələri xahiş olunub.