» » » İstilik sistemi yoxdur, amma borc yazılıb - VİDEO

İstilik sistemi yoxdur, amma borc yazılıb - VİDEO

İstilik sistemi yoxdur, amma borc yazılıb - VİDEO

Borc mütləq ödənilməlidir.

Bu gün Xətai rayonunda yaşayan sakinlərdən biri maraqlı bir mənzərə ilə qarşılaşıb. O, istilik sistemindən istifadə etmədiyi halda ona borc qəbzi gəlib. İndi ortaya belə bir sual çıxır, həmin borc ödənilməlidirmi?

Kamran Əsədov paytaxtın Xətai rayonu Neapol küçəsi 3 ünvanında yaşayır. O, bir neçə aydır ki, mərkəzi istilik sistemindən imtina edib, mənzilinə kombi quraşdırıb.

Kamran Əsədovun qarşılaşdığı problem mənzilinə kombi quraşdırıb, mərkəzi istilik sistemindən imtina etməni gündəmə gətirir. Yəni evinə kombi quraşdıran şəxs nə etməlidir?

54 manat borcun ödənliməsi məsələsinə gəldikdə isə “Azəristiliktəchizat” Açıq Səhimdar Cəmiyyətinin əməkdaşı Rafiq Əliyevin sözlərinə görə, vətəndaş mütləq qaydada borcunu ödəməldir. Çünki istilikdən imtina etməsi ilə bağlı vaxtında xəbərdarlıq etməyib.

Mənbə: Xəzər xəbər