» » » İtkin düşmüş neftçilərin axtarışları davam edir

İtkin düşmüş neftçilərin axtarışları davam edir

İtkin düşmüş neftçilərin axtarışları davam edir

Etibar Mirzəyev jurnalistlərə açıqlama verib.

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi və itkin düşən şəxslərin axtarışları davam etdirilir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hava şəraitinin pisləşməsinə baxmayaraq axtarışlar dayandırılmayıb.

Nazir müavini bildirib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin helikopterləri və təyyarəsi də cəlb edilib.