» » » Bakıda güclü yanğın

Bakıda güclü yanğın

Bakıda güclü yanğın

2 nəfər xilas edilib, 1 nəfər tüstüdən zəhərlənib.

Paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilib, 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.