» » » İtkin düşən neftçilərin axtarışının miqyası ərazi baxımından genişləndirilib

İtkin düşən neftçilərin axtarışının miqyası ərazi baxımından genişləndirilib

İtkin düşən neftçilərin axtarışının miqyası ərazi baxımından genişləndirilib

“Hazırda 1 təyyarə və 3 helikopter axtarışla məşğuldur”.

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi üçün bir gəmi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) ucarliyiq.biz verilən məlumata görə, qəza nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir.

Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sahilboyu müşahidə aparır.
 
“Hazırda  1 təyyarə və 3 helikopter axtarışla məşğuldur. Eyni zamanda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti sahilboyu müşahidə aparır” deyə, məlumatda bildirilib.
 
Nazirlikdən o da əlavə olunub ki, daha iki gəmi mümkün neft dağılmalarının qarşısını almaq üçün cəlb olunub.

Xüsusi qərargahdan bildirilən məlumata görə, axtarışların miqyası ərazi baxımından daha da genişləndirilib, daha çox canlı və texniki qüvvə cəlb edilib.
 
Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Aparılan axtarışlar nəticəsində onlardan 6-nın cəsədi tapılaraq ailələrinə təhvil verilib.