» » » Göyçayda avtomobil 11 yaşlı oğlanı vurdu

Göyçayda avtomobil 11 yaşlı oğlanı vurdu

Göyçayda avtomobil 11 yaşlı oğlanı vurdu

Mırtı kənd məktəbinin şagirdi hadisə yerində dünyasını dəyişib.

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndində qeydə alınıb. 

Rayon sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub. 

Hadisə zamanı ağır bədən xəsarətləri alan Pərvin Əzizov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Mırtı kənd orta məktəbinin 5-ci sinif şagirdi Pərvin Əzizov orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.