» » » Sürəti həddini aşan sürücülər böyük məbləğdə cərimələnəcəklər

Sürəti həddini aşan sürücülər böyük məbləğdə cərimələnəcəklər

Sürəti həddini aşan sürücülər böyük məbləğdə cərimələnəcəklər

Məcəllənin mətni PA tərəfindən parlamentə təqdim olunub.

İnzibati Xətalar Məcəlləsinin yeni redaktə olunan layihəsində nəqliyyat vasitələrinin hərəkət sürəti həddini aşmağa görə cərimə sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.

ucarliyiq.biz Interfax-Azerbaijan-a istinadən xəbər verir ki, məcəllənin mətni Azərbaycan Prezidenti Administrasiyası tərəfindən parlamentə təqdim olunub.

Layihənin 328-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətnini 10-20 km/saat həddində aşmağa görə - 10 manat məbləğində cərimə edilir.

Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - 50 manat, 41-60 km/saat həddində aşmağa görə - 150 manat, 61 km/saat və daha artıq aşmağa görə - 250 manat məbləğində cərimə edilir.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə - 15-200 manat, 30-60 km/saat həddində aşmağa görə - 20-40 manat, 60 km/saat və daha artıq aşmağa görə - 40-60 manat məbləğində cərimə edilir.