» » » “28 Cinema” super aksiyalar keçirir

“28 Cinema” super aksiyalar keçirir

“28 Cinema” super aksiyalar keçirir

Filmə premyeradan öncə bilet alan tamaşaçıları sürprizlər gözləyir.

“28 Cinema” kinoteatrı “The Entertainer” oyuncaqlar dükanı və “Sabina Perfumery & Cosmetics” mağazalar şəbəkəsi ilə çox maraqlı aksiyalar keçirir.

ucarliyiq.biz xəbər verir ki, dekabrın 17-də “Ulduzlar müharibəsi. Epizod VII: Gücün oyanışı”nın premyerası baş tutacaq. Həmin filmə öncədən bilet alan tamaşaçılar, xüsusi oyuncaqlar və rəsmi tərəfdaş olan Max Factor-dan kosmetika udmaq imkanı qazanırlar.

“Ulduzlar müharibəsi” filmi sadəcə 6 epizoddan ibarət maraqlı bir film deyil. Bu film dünya kino janrında “fantastika” adında bir janrın peydə olmağının əsas səbəkarlarından biri olub.

7-ci epizodun rejisoru Cey Adamsdır. Məhz bu amilin filmə təzə nəfəs gətirəcəyi və yeni pərəstişkar toplamaqda əsas ümidlərdən biri olacağı bildirilir. Filmdə baş rolları Con Boyeqa, Deyzi Ridli, Oskar Ayzek, Adam Drayver, Donal Qlison, Harison Ford, Mark Hemill, Kerri Fişer, Maks Fon Syudov, Endi Serkis ifa ediblər.

Film haqqında: Dart Veyder və İmperatorun ölümündən 30 il sonra Qalaktika yenədə təhlükədədir. “Yeni Qanun” birliyi başda lider Snouk və onun sağ əli Kayl Ren ilə İmperiyanın əməllərini təkrar etməklə hakimiyyəti ələ almaq istəyirlər. Bu çətin vəziyyətdə qismət Rey və Finni-ni imperiya dövrünün  qəhrəmanları olan Xan Solo, Çubakka və şahzadə Ley ilə görüşdürür. Onlar birlikdə “Yeni Qanun”a qarşı mübarizə aparmalıdırlar, lakin vəziyyət elə gətirir ki yalnız Kayl Renn və Snouka qarşı mübarizə apara bilər. Bununla qalaktikada yalnız bir nəfər sağ qalacaq.

Müsabiqə haqqında daha ətraflı məlumatı “28 Cinem”-nın korporativ saytında və ya rəsmi facebook səhifəsindən əldə edə bilərsiniz.

“28 Cinema” hər zaman öz tamaşaçılarını ən yaxşı premyeralar və yeniliklər ilə sevindirməyə hazırdır!